Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Ali İhsan Özyazgan “Qızıl Ürək” Ordeni ilə mükafatlandırıldı

28830 Baxış sayı / 03-10-2019 20:35

Türkiyənin İstanbul şəhərindəki "İstək" vəqfinin baş direktoru Ali İhsam Özyazgan təhsil və təlim sahəsindəki aktiv fəaliyyətləri, Qarabağ müharibəsində ata-anasını itirmiş şəhid övladlarının 1992-2005-ci illərdə İstanbul özəl "İstək" vəqfi məktəblərində təhsil almalarında göstərdiyi xidmətləri, uşaqların məktəbdənkənar asudə vaxtlarının səmərəli təşkilindəki fədakarlıq, yardım və hər cür təmənnasız dəstəklərinə görə "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" Jurnalının Ağsaqqallar Şurasının qərarı Fondun təsis etdiyi "Qızıl Ürək" ordeni ilə mükafatlandırılmışdır. 

Türk dünyasının bu yüksək mükafatı yaxın günlərdə "Dədə Qorqud" Milli Fondu rəhbəri və "Azərbaycan Dünyası" Jurnalının baş redaktoru Eldar İsmayılov tərəfindən İstanbul "İstək" vəqfində Ali İhsan Özyazgana təntənəli surətdə təqdim ediləcək.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru