Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Vətənə sədaqətlə xidmət edən hər insanımız hörmət və ehtirama layiqdir!

3109 Baxış sayı / 24-01-2020 16:32

"Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurasının qərarı ilə elmimizin görkəmli insanlarından biri, Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor Vaqif Şadlinski elmi fəaliyyəti və anadan olmasının 80 illik yubileyi ilə əlaqədar "Vətən övladı" ordeni ilə təltif olunub.

Vaqif Şadlinski Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, Respublikanın əməkdar həkimi, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Avropa patoloqlar, Qara dəniz və Baltikyanı ölkələrin, Anatomlar Cəmiyyətinin idarə Heyətinin üzvü, YUNESKO-nun nəzdində Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru, Azərbaycan Morfoloqlar Cəmiyyətinin sədri, Beynəlxalq Morfoloqlar Assosiasiyasının Koordinasiya Şurasının üzvü, Türk dünyası araşdırmaları Elmlər Akademiyasının akademiki, "Hippokrat" ordeni, "Qızıl Qələm" laureatıdır. Azərbaycan və rus dillərində anatomiya dərsliklərinin, anatomik terminologiya kitabının, 18 dərslik, 22 dərs və tədris-metodik vəsaitin, 11 monoqrafiyanın, 350-dən artıq elmi, 50 elmi-publisistik məqalənin müəllifidir. V.B.Şadlinski 6 doktorluq və 10 namizədlik işinin elmi məsləhətçisi və rəhbəridir.

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru